“Biznes İdarəetmə Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) idarəetmə sistemlərinin sertifikatlaşdırılması prosesini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidmətinin tabeliyində fəaliyyət göstərən “Azerbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin 05 fevral 2024-cü il tarixli № AZ 03.0007.01.24 nömrəli Akkreditasiya Atestatı əsasında həyata keçirən tam müstəqil orqandır. “Heç bir ölkə, hətta, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz” Ümumilli liderimiz Heydər Əliyevin bu kəlamları fəaliyyətimizin əsas prioritetidir. Məqsədimiz Azərbaycan respublikası ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların mövcud idarəetmə sisteminin Beynəlxalq standartların tələblərinə uyğunlaşmasını təmin etməkdir. Ümumi yanaşmada sertifikatlaşdırma müəssisə və təşkilatların idarəetmə sisteminin müvafiq standartların tələblərinə uyğunluq dərəcəsini və effektivliyini təsdiq edən prosedurdur. “Biznes İdarəetmə Sistemləri” MMC-nin yüksək ixtisaslı, peşəkar auditor, ekspert və mütəxəssis komandası idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını beynəlxalq standartlar (AZS ISO/IEC 17021-1-2021, AZS ISO/IEC 17021-2-2021, AZS ISO/IEC 17021-3-2021 ) əsasında təmin edir.