Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
Yeni dövlət standartının tətbiqi müəssisə və təşkilatlarda yaşıl biznes modelinə keçidi asanlaşdıracaq, onların qlobal bazarda daha rəqabətqabiliyyətli olmasına geniş imkanlar yaradacaq.
Yeni dövlət standartı özündə müəssisə və təşkilatların ətraf mühitə mənfi təsirlərini minimuma endirmək, resurslardan səmərəli istifadə etmək və ekoloji məsuliyyət xüsusiyyətlərini ehtiva edir.
Bundan əlavə, müvafiq standart təşkilatların idarəetmə sistemlərində yaşıl maliyyə idarəetməsi, dayanıqlı təchizat zənciri, ekoloji dayanıqlılıq və ekoloji innovasiyalar kimi əsas prinsiplərin tətbiqini stimullaşdıracaq.
Sözügedən dövlət standartı “ESDGoals” (Education and Sustainable Development Goals) MMC tərəfindən təqdim edilən standart layihəsi çərçivəsində “Uyğunluğun qiymətləndirilməsi” və “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitələrdə müzakirə edilib, ümumi razılıq əsasında qərar qəbul edilərək təsdiq edilməsi üçün təqdim olunub.